Marina Ezuqbaianın bəyanatına görə, koronavirusa yoluxan üç pasiyentin vəziyyəti problemlidir, onlardan biri 80 yaşındadır
Tbilisi İnfeksiya Xəstəxanasının Tibbi direktoru Marina Ezuqbaianın bəyanatına görə, Gürcüstanda koronavirusa yoluxma halları 40-qədər artıb.
Onun dediyinə görə, 40-haldan, 31 pasiyent Tbilisi İnfeksiya xəstəxanasaındadır və onlardan üçünün vəziyyəti problemlidir.
Bir pasiyentin 80 yaşı var və xronik xəstəliyi də problem yaradır. Həmçinin, xronik hipertoniyası olan xəstələr var.
“Söz etdiyim üç problemli pasiyentin vəziyyəti ciddidir və dinamik şəkildə müşahidə tələb edir” – dedi Marina Ezuqbaia.
Ezuqbaianın dediyinə görə, digər pasiyentlərin vəziyyəti stabildir.
“Digərlərin sağlamlıq vəziyyəti stabildir və yenə bir neçəsinin sağlamlaşmasını gözləyirik” – dedi Marina Ezuqbaia.