Marina Ezuqbaianın bəyanatına görə, Gürcüstanda koronavirusdan sağalanların sayı covid-mərkəzlərində müalicə olunanlardan artıqdır
Marina Ezuqbaianın bəyanatına görə, Gürcüstanda koronavirusdan sağalanların sayı covid-mərkəzlərində müalicə olunanlardan artıqdır

Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaianın bəyanatına görə, koronavirusdan sağalan pasiyentlərin sayı covid-mərkəzlərində müalicə olunan pasiyentlərin sayından artıqdır.

“Dünən 638 təsdiqlənmiş pasiyentimiz var idi, bugün sadəcə bir yeni hal artdı və 639 oldu. Sağalan pasiyentlərimizin sayı 317 idi, 32-si yenə sağaldı və 349 oldu.

İlk dəfə deyə bilərik ki, sağalan pasiyentlərin sayı qeydə alınan halların sayından artıqdır” – dedi Marina Ezuqbaia.

Onun məlumatına görə, bu mərhələdə covid-mərkəzlərində 279 pasiyent müalicə olmağa davam edir, 349 pasiyent isə, artıq sağalıb.