Marina Ezuqbaia - Onlarla hal bizi qorxutmur, ölkəmiz buna hazırdır, ancaq vətəndaşların diqqətli olması önəmlidir
Marina Ezuqbaia - Onlarla hal bizi qorxutmur, ölkəmiz buna hazırdır, ancaq vətəndaşların diqqətli olması önəmlidir

Tbilisi İnfeksiya Xəstəxanasının Tibbi direktoru Marina Ezuqbaianın bəyanatına görə, Gürcüstanda koronavirus hallarının artması mobilliyin artması və requlyasiyaların yerinə yetirilməməsi ilə bağlıdır.

Ezuqbaianın dediyinə görə, ikinci dalğa payızda gözlənirdi.

“Əslində viruslar payız aylarında, digər respirator xəstəliklərlə bərabər yayılmağa başlayırlar, ancaq bu mərhələdə xəstəliyin artması müşahidə olunur. Mənim fikrimcə, bu ikinci dalğa deyil. Bugünki artım, requlyasiaların yetərli dərəcədə yerinə yetirilməməsi ilə bağlıdır” – dedi Marina Ezuqbaia.

Marina Ezuqbaia jurnalistlərin suallarına cavab olaraq, bildirdi ki, Gürcüstan artıq yaşıl zona deyil.

“Yaşıl zonadan artıq çıxdıq, ancaq bu göstərici hələ azdır, maksimal 10-dur və biz 10.2-dəyik. Vəziyyəti qoruya bilsək, problemimiz olmayacaq.

Əminəm ki, mövcud olan vəziyyətlə də baş gələ biləcəyik, səhiyyə sistemimiz buna hazırdır” – dedi Marina Ezuqbaia.

Gürcüstanda bugün koronavirusun 87 halı qeydə alınıb.