Marina Ezuqbaia - Mövcud olan requlyasiyaları qorumalıyıq, çünki virus hələ getməyib
Tbilisi İnfeksiya Xəstəxanasının Tibbi direktoru Marina Ezuqbaia bəyan edir ki, koronavirus Gürcüstandan getməyib və vətəndaşlar mövcud olan requlyasiyaları qorumalıdırlar.
Ezuqbaianın dediyinə görə, requlyasiyaları qorusaq, virusun daxili yayılma halları artıq olmayacaq.
“Biz demədik ki, covid-19 Gürcüstanı tərk edib. Biz dedik ki, bu virusla yaşamağı öyrənməliyik. Daxili yayılma halları olmasa, vətəndaşlarımız üçün təhlükə də qalmır. Ona görə də, hər birimiz gərəkən bütün requlyasiyaları qorumalıyıq” – dedi Marina Ezuqbaia.