Marina Ezuqbaia - Mənim fikrimcə, koronavirusun hələ birinci mərhələsi başa çatmayıb, requlyasiyaları qorumağa davam etməliyik
Marina Ezuqbaia - Mənim fikrimcə, koronavirusun hələ birinci mərhələsi başa çatmayıb, requlyasiyaları qorumağa davam etməliyik

Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru Marian Ezuqbaia hesab edir ki, Gürcüstanda təsdiqlənən yeni hallar virusun ikinci dalğası deyil.

Marina Ezuqbaia əhaliyi epidemioloqların verdiyi tövsiyyələri nəzrə almağa və requlyasiyaları qorumağa çağırır.

“İkinci dalğa nə zaman olacaq bilmirik. Məncə hələ birinci dalğa başa çatmayıb. Xəstəlik halları artmasın deyə requlyasiyaları qorumalıyıq” – dedi Marina Ezuqbaia.

Gürcüstanda bugün koronavirusun üç yeni halı qeydə alınıb və hər üç hal xaricdən gətirilib.