Marina ezuqbaia - Koronavirusa yoluxan 12 yaşlı uşağın vəziyyəti stabildir
Tbilisi İnfeksiya Xəstəxanasının tibb direktoru Marina Ezuqbaianın məlumatına görə, koronavirusla xəstələnən 12 yaşlı uşağın vəziyyəti stabildir.
Marina Ezuqbaianın dediyinə görə, xəstələnən uşaq İtaliyada səyahət edən ailədəndir.
“Xöşbəxtlikdən, uşaqlar bu virusu daha yüngül keçirilər və uşağın vəziyyəti yaxşıdır. Ümid edirik ki, Gürcüstan bu baxımdan istisna olmayacaq və uşaq tez zamanda müalicə olunacaq” – dedi Ezuqbaia.