Marina Ezuqbaia - Kateqorik şəkildə "Evdə qal" demirik, ancaq maksimal dərəcədə məhdudiyyətləri qoruyun
“Kateqorik şəkildə “Evdə qal” demirik, ancaq maksimal dərəcədə məhdudiyyətləri qoruyun – bu barədə bəyanatı İnfeksiya xəstəxanasının tibbi direktoru Marina Ezuqbaia verdi.
Marina Ezuqbaianın dediyinə görə, məhdudiyyətlərin qaldırılmasına baxmayaraq, müəyyən məhdudiyyətləri və qaydaları qorumağa davam etməliyik.
“Bu xəstəliyin gələcəkdə yayılıb-yayılmıyacağı tamamilə özümüzdən asılır” – dedi Marina Ezuqbaia.