Marina Ezuqbaia - Karantində yenidən infeksiyaya yoluxmaq qeyri-mümkündür, klinik simptomlar olmayanda, 14 gün sonra müsbət cavab demək deyil ki, pasiyent xəstədir, bu ölmüş virusun qalıntılarıdır

Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaia klinikadan çıxan pasiyentin testinin yenidən müsbət çıxması halı ilə bağlı, medyaya açıqlama verdi.

Ezuqbaia bəyan edir ki, təkrar infeksiyaya yoluxma göstəricisi bu deyil.

“Gəlin sualı düz qoyaq. Təkrar test xəstəliyin qayıtmasının təsdiqənməsi demək deyil. Karantin məkanına yerləşdirilən pasiyentin virusa  yoluxması qeyri-mümkündür. İkinci müsbət test cavabı mütləq reinfeksiya demək deyil” – dedi Marina Ezuqbaia.

Marina Ezuqbaianın dediyinə görə, əgər klinik simptomlar yoxdursa, bu deməkdir ki, müalicədən sonra, pasiyentin orqanizmində sadəcə ölmüş virusun qalıntıları qalıb.

Ezuqbaianın dediyinə görə, belə pasiyent yoluxucu və infeksiya mənbəsi hesab edilmir.

“Reinfeksiya deməkdir ki, pasiyentin klinik simptomları yenidən olmalıdır. 14 gündən sonra, klinik simptomlar yoxdursa, müsbət test cavabına baxmayaraq, pasiyent xəstələnmiş hesab edilmir, çünki onun orqanizmində sadəcə olaraq, ölmüş virusların qalıntıları var və belə pasiyent infeksiya mənbəsi və təhlükə hesab edilmir” – dedi Ezuqbaia.