Marina Ezuqbaia Ermənistanın Səhiyyə nazirinin bəyanatına - Gürcüstanda təsdiqlənmiş 728 yoluxma halı qeydə alınır və bunun şərhə ehtiyyacı yoxdur
Koronavirusa yoluxmuş pasiyentlər ilə bağlı bizdəki mövcud bütün göstəricilər doğrudur,heç bir hal gizlənilməyib-Tbilisinin YXX-nın tibbi direktoru,Marina Ezuqbaia , Gürcüstanda koronavirusun yayılması göstəricilərinin dəqiqliyini şübhə altına alan Ermənistanın Səhiyyə nazirinin bəyanatına belə reaksiya verib.
M.Ezuqbaianın sözlərinə görə, bu gün ölkədə koronavirusa 728 yoluxma halı təsdiqlənib.
″Burda mənim fikirlərimin böyük əhəmiyyəti yoxdur.Həqiqət birdir,ölkədə təsdiqlənmiş 728 yoluxma halı qeydə alınır.Faktların gizlədilməsinin mənası yoxdur.Kimin nə fikrinin olmasının da mənası yoxdur.728 yoluxma halı təsdiqlənib və bunun şərhə ehtiyyacı yoxdur″-deyə Ezuqbaia bildirib.
Hazırladı-Sevinc Mustafayeva