Marina Endeladze - Koronavirusun 471 yeni halından 360 Acarıstanda qeydə alınıb
Koronavirusun 471 yeni halından 360 Acarıstanda qeydə alınıb, – bu haqda məlumatı jurnalistlərə Tbilisi İnfeksiya Xəstəxanasının nümayəndəsi Marian Endeladze verdi.
Onun dediyinə görə, Tbilisidə koronavirusun 57 halı qeydə alınıb.
“Təəssüf ki, ən çox – 360 hal yenə Acarıstanda qeydə alınıb. Tbilisidə 57 hal. Sameqrelo-Zemo-Svanetidə -22, İmeretidə 11, Kvemo-Kartli və Kaxetidə, hərəsində 6 hal, Quriyada beş, Mtsxeta-Mtianetidə – üç, Samtsxe-Cavaxetidə – bir hal qeydə alınıb” – deyir Marina Endeladze.
Bu vaxt üçün Gürcüstanda koronavirusun 3 572 halı qeydə alınıb.