Mariam Kvrivişvili - yayda Səudiyyə Ərəbistanından misli görünməmiş yüksək turist axını gözləyirik
Mariam Kvrivişvili - yayda Səudiyyə Ərəbistanından misli görünməmiş yüksək turist axını gözləyirik

 

İqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Mariam Kvrivişvili Səudiyyə Ərəbistanı Krallığının səfiri vəzifəsini icra edən Amer Omar Amer ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Mariam Kvrivişvili və Amer Omar Amer qarşıdan gələn yay turizm mövsümü ərəfəsində cari məsələləri müzakirə ediblər. Görüşdə Milli Turizm Administrasiyasının rəhbəri vəzifəsini icra edən Medea Caniaşvili də iştirak edib. Mariam Kvrivişvilinin görüşdə vurğuladığı üzrə, Gürcüstan turistlər üçün ən təhlükəsiz və qonaqpərvər ölkələrdən biridir ki, bu da ildən-ilə ziyarətçilərin sayının artmasına səbəb olur. Eyni zamanda, hər iki tərəfin sözlərinə görə, bu il yay turizm mövsümündə yüksək xərcləmə qabiliyyəti ilə seçilən çoxlu Səudiyyə Ərəbistanı vətəndaşının Gürcüstana səfər edəcəyi gözləntisi var.

“Bu ilin yay turizm mövsümündə bu ölkədən misli görünməmiş yüksək turist axını olacağına dair gözləntimiz var, bu da Gürcüstanda fəaliyyət göstərən və ya fəaliyyətə başlayacaq aviaşirkətlərlə danışıqları uğurla başa çatdırmağımıza əsaslanır və yay mövsümündə Səudiyyə Ərəbistanından Tbilisi və Batumi istiqamətlərində ümumilikdə həftədə 54 reysin həyata keçiriləcəyini gözləyirik” -deyə Mariam Kvrivişvili qeyd edib.

Nazir müavini turistlər üçün təhlükəsiz mühitlə yanaşı, ölkəmizin dörd fəsillə seçildiyini, bunun da onu ailəvi istirahət üçün xüsusilə cəlbedici etdiyini və məhz bu səbəbdən Gürcüstanda turizmin dinamikasının ildən-ilə artdığını vurğulayıb. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı Gürcüstan üçün strateji əhəmiyyətli hədəf ölkədir və bu ölkədən gələn qonaqlar yüksək xərcləmə qabiliyyəti ilə seçilirlər.