Mariam Kvrivişvili - Svanetidən 900-dən artıq nəfəri gətirib, karantin zonasına yerləşdirdik

Svanetidən 900-dən artıq nəfəri gətirib, karantin zonasına yerləşdirdik, – bu barədə bəyanatı milli turizm administrasiyasının rəhbəri Mariam Kvrivişvili koordinasiya şurasının iclası başa çatdıqdan sonra verdi.

Onun dediyinə görə, öz avtomobili olmayan şəxslərin karantin zonasına keçirilməsi üçün nəqliyyat vasitələri səfərbər olunub.

“Əlimizdən gələni etdik ki, Svanetidə istirahət edənlər üçün bu proseslər komfortlu olsun” – dedi Mariam Kvrivişvili.

O Svanetidə olan insanları – 144 qaynar xəttən istifadə etməyə çağırdı.