Mariam Çanturia Avropa çempionudur | Dzyudo

Rusiyanın İjevsk şəhərində, 23 yaşlı dzyudoçular arasında keçirilən Avropa Çempionatında, 70 kiloqramlıq çəki kateqoriyasında, Mariam Çanturia Avropa çempionu oldu.

Mariam Çanturia son çıxışında Holandiyalı Hilde Yageri məğlub etdi.

İlk görüşdə gürcü dzyudoçusu yahudi Maia Qoşeni, daha sonra Belorusiyalı Janna Osipoviçi məğlub etdi və Xorvatiyalı Andela Violiçlə görüşdə qalib olduqdan sonra, Avropa çempionu oldu.

Mariam Çanturia Eter Lipartelianidən sonra Avropa çempionatında qızıl medal alan ikinci gürçü qadın dzyudoçusudur.