Mariam Biqvavanın Avroviziya Uşaq Mahnı Müsabiqəsində möhtəşəm çıxışı [Video]

 

2022-ci ilin Avroviziya Uşaq Mahnı Müsabiqəsində Gürcüstan təmsilçisi Mariam Biqvava səkkiz nömrə altında səhnəyə çıxıb.

“Ranina” layihəsinin qalibi Mariam Biqvava Avroviziya Uşaq Mahnı Müsabiqəsində Gürcüstan adından Qiqa Kuxianidzenin – I Believe/inanıram mahnısını ifa edib.

Yerevanda keçirilən 20-ci Avroviziya Uşaq Mahnı Müsabiqəsində 16 ölkənin nümayəndəsi iştirak edir. Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün onlayn səsvermə dekabrın 9-u saat 23:00-dan etibarən vote.junioreurovision.tv saytında mümkündür. Səsvermə dünyanın istənilən yerindən onlayn həyata keçirilə bilər.

Canlı yayımın gedişatı zamanı bütün müsabiqə mahnıları ifa olunduqdan sonra yalnız 15 dəqiqə ərzində səsvermə mümkündür. Gürcüstan təmsilçisi ilə yanaşı, daha iki iştirakçıya səs verə bilərsiniz. Səsiniz yekun nəticənin yarısını, digər yarısını isə münsiflər heyəti müəyyənləşdirir. Ən çox xal toplayan mahnı qalib olacaq.

Ənənəvi olaraq, İctimai Yayımçı Avroviziya Uşaq Mahnı Müsabiqəsinin birbaşa translasiyasını təqdim edir.