Mariam Biqvava Avroviziya Uşaq Mahnı Müsabiqəsində ilk üçlükdədir
Mariam Biqvava Avroviziya Uşaq Mahnı Müsabiqəsində ilk üçlükdədir

Gürcüstan təmsilçisi Mariam Biqvava 2022-ci ilin Avroviziya Uşaq Mahnı Müsabiqəsində üçüncü yeri tutub.

Gürcü iştirakçı 161 xal toplayıb. “Eurovision”un qalibi Fransa təmsilçisi (203 xalla) olub, Ermənistan təmsilçisi isə ikinci (180 xalla) yeri tutub.

Polşa və Ermənistan Gürcüstanın nümayəndəsinə 12 xal verib.

Bu gün gürcü iştirakçı səkkiz nömrə altında səhnəyə çıxıb.
“Ranina” layihəsinin qalibi Mariam Biqvava Avroviziya Uşaq Mahnı Müsabiqəsində Gürcüstan adından Qiqa Kuxianidzenin – I Believe/inanıram mahnısını ifa edib.

Müsabiqədə səsvermə onlayn mümkün idi. İctimai Yayımçı Avroviziya Uşaq Mahnı Müsabiqəsinin birbaşa translasiyasını təqdim edib.