Maria Zaxarova və İnal Ardzinba arasında onlayn görüş keçirilib
Maria Zaxarova və İnal Ardzinba arasında onlayn görüş keçirilib

 

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Maria Zaxarova və işğal altındakı Abxaziyanın de-fakto xarici işlər naziri İnal Ardzinba arasında onlayn görüş keçirilib.

İnal Ardzinbanın görüşdən sonra da qeyd etdiyi kimi, “Uzun illər boyunca, Gürcüstan və kollektiv Qərb Abxaziya ilə Gürcüstan arasında güc tətbiq etməmək haqqında razılaşmanın imzalanmasının sabotajını aparıblar” və qeyd edib ki, “bu sabotaj qətiyyən qəbuledilməzdir”.

Separatçı rejimin nümayəndəsinin sözlərinə görə, Abxaziyanın əsas məqsədi güc tətbiq etməmək haqqında saziş imzalanması, Abxaziyanın suverenliyinin Gürcüstan tərəfindən tanınmasıdır, lakin Gürcüstanın Cenevrə danışıqlarında məqsədinin nə olduğu məlum deyil.

Bununla yanaşı, Maria Zaxarova da onlayn görüşdən sonra şərh verib. Cenevrə Diskussiyalarının dayandırılması ilə bağlı danışarkən Zaxarova bildirib ki, “hazırkı böhranın mahiyyəti ilə bağlı olmayan bu mövzuda dialoqun ləğvi sanki heç bir problemin olmamasına cəhddir”.