Maria Zaxarova - Ukraynanı Rusiyanın hədəflərinə zərbə vurmağa sövq edən təxribat Rusiyanın sərt cavabı ilə nəticələnəcək
Maria Zaxarova - Ukraynanı Rusiyanın hədəflərinə zərbə vurmağa sövq edən təxribat Rusiyanın sərt cavabı ilə nəticələnəcək

 
Ukraynanı Rusiyanın hədəflərinə zərbə vurmağa sövq edən təxribat Rusiyanın sərt cavabı ilə nəticələnəcək- mətbuatın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi, Maria Zaxarova bildirib.

Zaxarovanın sözlərinə görə, Ukraynanın qərar qəbuletmə mərkəzlərində qalan Qərb ölkələrinin müşavirləri Rusiyanın cavab tədbirləri üçün heç də problem olmayacaq.

“Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə qarşı bu cür cinayət əməli cavabsız qala bilməz. İstərdim ki, Kiyev və Qərb paytaxtları  Müdafiə Nazirliyimizin, Ukraynanın ölkəmizin hədəflərinə zərbə endirmək baxımından növbəti təxribatının Rusiyanın sərt reaksiyasına mütləq səbəb olacağı ilə bağlı bəyanatlarını ciddi qəbul etsinlər. Səbrimizi daha da sınamağı məsləhət görmürük. Rusiya xüsusi əməliyyatın məqsədlərinə çatmaqda qərarlıdır” -deyə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib.