Maria Zaxarova - Avropa İttifaqı inadkarcasına Ermənistan, Azərbaycan və Rusiya arasında danışıqlar prosesinə müdaxilə etməyə çalışır
Avropa İttifaqı inadkarcasına Ermənistan, Azərbaycan və Rusiya arasında danışıqlar prosesinə müdaxilə etməyə çalışır-bu barədə
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova bildirib.
“Bəli, biz Avropa İttifaqının ən yüksək səviyyədə əldə edilmiş üçtərəfli razılaşmaya daxil olmaq üçün inadkarcasına cəhdlərinə şahid oluruq. Ümid edirik ki, Brüssel əgər belə istəyirsə onların reallaşmasına kömək edəcək, geosiyasi oyunlar həyata keçirməyə cəhd etməyəcək, biz bunu istəmirik”-deyə Zaxarova bildirib.
Xatırladaq ki, erməni mətbuatının məlumatına əsasən, dünən, mayın 24-də Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi məsələsi üzrə çalışan komissiyanın üzvləri formatında Ermənistan və Azərbaycanın vitse baş nazirlərinin görüşü keçirilib. Onların verdiyi məlumatda, görüşdə tərəflərin təşkilati və prosedur məsələlərini müzakirə etdiyi deyilir. Bununla yanaşı, erməni mətbuatının verdiyi məlumata görə, Ermənistan və Azərbaycanın vitse baş nazirləri iki ölkə sərhədinin delimitasiyası və təhlükəsizliyi məsələsi üzrə çalışan komissiyanın ikinci iclasının Moskvada, üçüncü iclasının isə Brüsseldə keçirilməsi ilə bağlı razılığa gəliblər.