Maria Peiçinoviç Buriç-Gürcüstan hakimiyyətini şəffaflıq qanununu Avropa standartlarına uyğunlaşdırmaq üçün Venesiya Komissiyasının tövsiyələrini həyata keçirməyə çağırıram
Maria Peiçinoviç Buriç-Gürcüstan hakimiyyətini şəffaflıq qanununu Avropa standartlarına uyğunlaşdırmaq üçün Venesiya Komissiyasının tövsiyələrini həyata keçirməyə çağırıram

Gürcüstan hakimiyyətini “Xarici təsirin şəffaflığı haqqında” qanunu Avropa standartlarına uyğunlaşdırmaq üçün Venesiya Komissiyasının tövsiyələrini həyata keçirməyə çağırıram – bu haqda Avropa Şurasının baş katibi Maria Peiçinoviç Buriç Venesiya Komissiyasının qiymətləndirməsi dərc edildikdən sonra sosial şəbəkədə yazır.

Buriçin qeyd etdiyi kimi, Avropa Şurası Gürcüstana yardım göstərməyə hazırdır.

“Gürcüstan hakimiyyətini “Xarici təsirin şəffaflığı haqqında” qanunu Avropa standartlarına uyğunlaşdırmaq üçün Venesiya Komissiyasının tövsiyələrini həyata keçirməyə çağırıram. Avropa Şurası kömək etməyə hazırdır”- Buriç yazır.

Venesiya Komissiyası bir az bundan əvvəl xarici təsirin şəffaflığı haqqında qanunla bağlı qiymətləndirmə dərc edib.