Marek Şçiqel - 13-17 iyun tarixlərində Odzisi, Kardzmani və Sinaquri keçid məntəqələrinin açılmasını alqışlayıram, məsələ İnsidentlərin Mexanizmi Formatının həmsədrləri tərəfindən daim dəstəklənir
Marek Şçiqel - 13-17 iyun tarixlərində Odzisi, Kardzmani və Sinaquri keçid məntəqələrinin açılmasını alqışlayıram, məsələ İnsidentlərin Mexanizmi Formatının həmsədrləri tərəfindən daim dəstəklənir

 

Aİ-nin Monitorinq Missiyasının rəhbəri Marek Sçiqel 13-17 iyun tarixlərində Odzisi, Kardzmani və Sinaquri keçid məntəqələrinin müvəqqəti açılmasını müsbət qiymətləndirdiyini bildirir. Marek Şçiqelin bəyanatını Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyası yayır.

“Keçid məntəqələrinin açılması Erqnetinin İnsidentlərin Mexanizmi Formatının həmsədrlərinin, o cümlədən iyunun 7-də keçirilən son görüş də daxil olmaqla ardıcıl dəstəyinə malik olan məsələdir.

Hərəkət azadlığının məhdudlaşdırılması münaqişədən zərər çəkən insanların gündəlik həyatına mənfi təsir göstərir” -deyə Marek Şçiqel bildirib.