Mamuka Xazaradze - Zənnimcə, bir siyahı ilə bağlı söz-söhbət bitdi, “Lelo” üçün bir siyahının qəbuledilməz olduğunu elə ilk gündən deyirdik, bu, qələbə düsturu deyil
Mamuka Xazaradze - Zənnimcə, bir siyahı ilə bağlı söz-söhbət bitdi, “Lelo” üçün bir siyahının qəbuledilməz olduğunu elə ilk gündən deyirdik, bu, qələbə düsturu deyil

 
Zənnimcə, bir siyahı ilə bağlı söz-söhbət bitdi, “Lelo” üçün bir siyahının qəbuledilməz olduğunu elə ilk gündən deyirdik, bu, qələbə düsturu deyil-bu haqda “Lelo” partiyasının sədri Mamuka Xazaradze açıqlayıb.

Onun sözlərinə əsasən, “Lelo” digər müxalifət partiyaları ilə birlikdə efirdə “Gürcü Arzusu”nu siyasi səhnədən necə çıxaracaqlarından danışmalıdır.

“Ya rus, ya da Qərb cinahı yaradılmalıdır. Gəlin hər şeyi öz adı ilə çağıraq. Mənim fikrimcə, qərb cinahında üç-dörd mərkəz yaradılmalı və seçicilərə iki şeyin zəmanəti verilməlidir. Birincisi, bu müxalifət partiyaları mütləq güclü koalisiya yaradacaqlar və Avropa İttifaqı ilə danışıqlar aparmaq üçün çox qısa müddətdə ciddi islahatlar həyata keçirməyə köklənəcəklər. Prezidentin təşəbbüsü ilə bunun addımlarından biri atıldı, biz də imzaladıq. Qalanları sağlam rəqabət olsun. “Lelo” hücum etməmək haqqında moratorium elan etdi. İndi həyata keçirməli olduğumuz siyasi hücum “Gürcü Arzusu”na edilməlidir. Bu, siyasi arenadan çıxarmalı olduğumuz və digər müxalif siyasi partiyalarla efirlərdə bunu necə bacaracağımız barədə danışmalı olduğumuz rus iqtidarıdır” – Xazaradze qeyd edib.