Mamuka Xazaradze - Mən heç bir vahid siyahıya inanmıram, biz “Milli Hərəkat”ın olmayacağı alternativ mərkəzin yaradılması üzərində işi davam etdirəcəyik
Mamuka Xazaradze - Mən heç bir vahid siyahıya inanmıram, biz “Milli Hərəkat”ın olmayacağı alternativ mərkəzin yaradılması üzərində işi davam etdirəcəyik

 
“Lelo” partiyasının sədri Mamuka Xazaradze “Milli Hərəkat”ın olmayacağı alternativ müxalifət mərkəzinin yaradılmasının tərəfdarı olduğunu bildirir.

“Mən vahid müxalifət siyahısı ideyası ilə razılaşmıram. Mən alternativ mərkəzin yaradılması ideyası ilə razılaşıram. Vətəndaşlarımıza alternativ platforma və seçim imkanı verməliyik. Mən son iyirmi ildə ölkəni idarə edən güclə bağlı olmaq istəmirəm. Heç bir vahid siyahıya inanmıram. Ona görə də biz alternativ mərkəzin yaradılması üzərində işi davam etdirəcəyik. Bu, “Milli Hərəkat”ın olmayacağı mərkəz olacaq”- Mamuka Xazaradze “TV Pirveli”nin efirində deyib.

O, digər qərbyönlü müxalifət qüvvələrinin “Milli Hərəkat”la birləşməsinin “Gürcü Arzusu”na hədiyyə olacağını deyib.

Xazaradze bildirib ki, alternativ mərkəzin yaradılması ilə bağlı artıq addımlar atılıb, lakin o, hələlik daha çox detal verə bilməz.

Məlumatı “Lelo”nun mətbuat xidməti yayır.