Mamuka Xazaradze - Gürcüstan iqtidarının dostları yoxdur, bizim isə, Gürcüstanda və xaricdə dostlarımız çoxdur
Mamuka Xazaradze - Gürcüstan iqtidarının dostları yoxdur, bizim isə, Gürcüstanda və xaricdə dostlarımız çoxdur

“Gürcüstanda və xaricdə dostlarımız çoxdur, hansılar son zamanlarda bizə dəstək vermələri üçün əlindən gələni edirlər ki, bu çirkin və təməyüllü hakimiyyət getsin” – bu barədə bəyanatı bugün keçirdiyi mətbuat konfransında TBC Bankın təsisçilərindən biri Mamuka Xazaradze verdi.

Mamuka Xazaradzenin dediyinə görə, iqtidar qorxu içindədir, çünki, maaşlarının biznesmenlər tərəfindən ödənildiyi xidmətlərin maaşları onların siyasi təzyiqi üçün istifadə edilir.

“Biz heçnədən qorxmuruq və mübarizəmizi davam etdiririk. Biznesmenlərin bütün hesablarının dayandırılması deməkdir ki, Anaklia limanının maliyyələşdirilməsi üçün yerli kredit xidmətlərini həyata keçirə bilmirik, ancaq Gürcüstanda dostluq deyə bir şey var və dostlarımız bizə yardım etməyə hazırdılar” – dedi Mamuka Xazaradze.

“TBC Bankın” təsisçiləri Mamuka Xazaradze və Badri Caparidze bugün mətbuat konfransı keçirdilər, hansında Caparidze bəyan etdi ki, maliyyə monitorinqinin xidməti, anti-korrupsiya əməkdaşlığı çərçivəsində, Böyük Britaniyanın müvafiq xidmətinə yazılı şəkildə müraciət etdi və Badri Caparidzenin və Mamuka Xazaradzenin pul yumaqda şübhəli olduqlarını və güya onların Britaniyadaki pul vəsaitlərinin kriminal olduğunu bildirdi .

Caparidzenin dediyinə görə, bu məktubun məqsədi onların Britaniyadaki qanuni vəsaitlərinin bloka salınmasıdır.