Mamuka Xabareli 2025 Avropa Gənclər Qış Olimpiya Festivalının təşkilat komitəsinə rəhbərlik edəcək #1TVSPORT
Mamuka Xabareli 2025 Avropa Gənclər Qış Olimpiya Festivalının təşkilat komitəsinə rəhbərlik edəcək #1TVSPORT

 

Bu gün Gürcüstan Milli Olimpiya Komitəsində GMOK-un İcraiyyə Komitəsinin iclası keçirilib, iclasda 2025-ci ildə Bakurianidə keçiriləcək Avropa Gənclər Qış Olimpiya Festivalının təşkilat komitəsi müzakirə edilib.

GMOK-un İcraiyyə Komitəsi Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi ilə razılıq əsasında, 2025-ci ildə Gürcüstanda keçiriləcək Avropa Gənclər Qış Olimpiya Festivalının təşkilat komitəsinin sədri vəzifəsinə GMOK-un vitse-prezidenti Mamuka Xabarelinin namizədliyini yekdilliklə təsdiqləyib.