Mamuka Mdinaradzenin məlumatına görə, sabah "Gürcü Arzusu" ATƏT nümayəndələri ilə görüş planlaşdırıb
Parlament sədrinin müavini Mamuka Mdinaradzenin verdiyi məlumata görə, sabah “Gürcü Arzusu” seçkilərlə bağlı ATƏT nümayəndələri ilə görüş planladırıb.
Mdinaradze bəyan edir ki, “Gürcü Arzusu” beynəlxalq müşahidəçilərə ən kiçik təfərrüatı əhatə edən məlumat təqdim edəcək.
“Mən düşünmürəm ki, hansısa partiyanın və yaxud bizim, ATƏT və ODİHR müşahidəçilərinin yerinə danışmağa haqqımız olsun. Beynəlxalq təşkilatlar artıq təsdiqlədilər ki, Gürcüstanda demokratik seçkilər keçirildi və seçkinin legitimasiyası ilə bağlı sualları yoxdur, ancaq buna baxmayaraq, biz yenə də, hər bir təfərrüatla bağlı, beynəlxalq təşkilatlara məlumat verməyə davam edirik.
Həmçinin, sabah nümayəndələrimiz ATƏT-in nümayəndələri ilə görüşəcəklər və onlara yenə məlumat verəcəyik və ictimaiyyətə təqdim edəcəyik” – dedi Mamuka Mdinaradze.