Mamuka Mdinaradze - Şəxsi sanksiyalardan çox danışırlar, bununla əlaqədar tələb edəcəm ki, əgər belə bir mexanizm işə salınarsa, başqalarını rahat buraxsınlar və mənə sanksiya tətbiq etsinlər
Şəxsi sanksiyalardan çox danışırlar, bununla əlaqədar tələb edəcəm ki, əgər belə bir mexanizm işə salınarsa, başqalarını rahat buraxsınlar və mənə sanksiya tətbiq etsinlər-bu haqda parlament çoxluğunun üzvü Mamuka Mdinaradze deyib.
“Bu tələbi həddən artıq fədakarlıq kateqoriyasına salmayın, mən sadəcə olaraq qanunun qəbuluna görə sanksiya tətbiq edilmiş ilk qanunverici kimi dünya tarixinə düşmək istəyirəm!
Əgər buna əlavə etsək ki, söhbət şəffaflıq qanunundan gedir, eyni zamanda, mən bəyannamənin doldurulması ilə bağlı qanunun çıxarılması/qəbul edilməsinə görə sanksiya tətbiq edilmiş ilk və sonuncu qanunverici olacağam!” – Mamuka Mdinaradze yazır.