Mamuka Mdinaradze - Seçkilərin yenidən keçirilməsi məsələsi iqtidar dəstəsində müzakirə olunmur

“Gürcü Arzusunun” liderlərindən biri olan Mamuka Mdinaradze bəyan edir ki, müxalifət nümayəndələri bugünki bəyanatlarında, fasilitator səfirlərin xahişini nəzərə almadılar və bəyan etdilər ki, səslərin yenidən hesablanması təklifini qəbul etmirlər.

“Bunu özləri dedilər. Biz də məcbur olduq və ictimaiyyətə bildirdik ki, bəli, səfirlərin yanında, onlara şübhə etdikləri seçki məntəqələrindəki səslərin yenidən hesablanmasını təklif etdik.

Biz yenə də ümid edirik ki, onlar konstruktiv dialoqa davam edəcəklər və ölkənin maraqlarını birinci plana qoyacaqlar.

Seçkilərin yenidən keçirilməsi məsələsinə gəlincə isə, ölkə ictimaiyyətinə məlumat vermək istəyirəm ki, iqtidar dəstəsi bu məsələyi müzakirə belə etmir.

“Müxalifət ictimaiyyətə yanlış məlumat verir ki, günya dünənki tarix nəyinsə qarşısını bağlayıb.

Qanunlayihəyə müvafiq olaraq, noyabrın 19-a qədər MSK seçkilərin son nəticələrini elan etməlidir. Bunun üçün isə, bizim xahişimiz ilə, bu müddət üçün, səslər yenidən hesablanmalıdır. Söhbət pararlel hesablanmadan gedir.

Müxalifət isə, bugün ictimaiyyətə özləri üçün əlverişli olan yalan məlumat verirdi” – dedi Mdinaradze.