Mamuka Mdinaradze - Saakaşvilinin ölmək üzrə olmadığına tərəfdaşlarımızı inandıra bilmədik, sayılı günlərinin qaldığını deyirdilər, bu gün belə onları qanun layihəsinin milli olduğuna inandıra bilmirik
Mamuka Mdinaradze - Saakaşvilinin ölmək üzrə olmadığına tərəfdaşlarımızı inandıra bilmədik, sayılı günlərinin qaldığını deyirdilər, bu gün belə onları qanun layihəsinin milli olduğuna inandıra bilmirik

 
Mixeil Saakaşvilinin ölmək üzrə olmadığına tərəfdaşlarımızı inandıra bilmədik, sayılı günlərinin qaldığını deyirdilər və ədliyyə nazirinin yanına demarşla getdilər- bu haqda parlament çoxluğunun lideri Mamuka Mdinaradze açıqlayıb.

Mdinaradze, Saakaşvilinin sağlamlıq vəziyyətinin yalan olduğunu, lakin bu yalanın səfirlərin demarşına səbəb olduğunu bildirib.

“27 səfirin iştirakı ilə demarş oldu. Onlar bizə dedilər ki, Saakaşvili ölür və bu, sizin Avropaya inteqrasiya yolunuzda qırmızı xəttdir. Bu kişi sağdır? O zaman niyə inandıra bilmədik? Axı başdan-başa yalan idi, amma bu başdan-başa yalan hörmətli səfirlərimizin demarşına səbəb oldu. Ədliyyə nazirinin yanına getdilər, “Saakaşvilini buraxmasan, bu, Avropa İttifaqı üçün qırmızı xətt olacaq” dedilər. Bu hadisədən bir il və ya il yarımdan sonra namizəd statusu aldıq. Biz Avropa İttifaqını eyni “uğur”la və ya onsuz inandıra bilmədik ki, Gürcüstan namizəd statusuna layiq idi. Bununla belə, bir neçə aydan sonra bütün vacib meyarlara görə birinci yerdə olmağımızla bağlı rəy hazırladılar. Sizin fikrinizcə o zaman niyə inandıra bilmədik?! Çünki onlar nələrəsə görə buna əmin deyildilər və bu gün də eyni vəziyyətdir. Bu gün də tərəfdaşlarımız bunun, milli, Avropa tipli, Amerika tipli qanun olduğuna əmin deyillər. Eyni şey ABŞ-da qüvvədədir, eyni və daha sərt qaydalar ABŞ-da tətbiq olunur”- deyə Mamuka Mdinaradze qeyd edib.