Mamuka Mdinaradze - Radikal müxalifət praktiki olaraq, silinib
Mamuka Mdinaradze - Radikal müxalifət praktiki olaraq, silinib

Birləşmiş müxalifət formatı artıq tamamən silinib və hər gün bir lider birləşmiş müxalifəti tərk edir,  – “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze “Avropa Gürcüstanı” partiyasındaki dəyişikliklər barədə yayılan məlumatı bu sözlərlə dəyərləndirdi.

Onun dediyinə görə, insanlar artıq bildilər ki, radikalizm qeyri-məqbuldur və buna görə də müxalifət birliyi dağılır.

“Radikal müxalifət dağılır və bunun üstünü qapatmaq üçün onlar əksinə məlumat yayırlar ki, güya “Gürcü Arzusunda” qarşıdurmalar var” – dedi Mamuka Mdinaradze.

Dünən məlumat yayıldı ki, “Avropa Gürcüstanının” liderləri Gigi Uqulava və Davit Bakradze Mixeil Saakaşvili ilə görüşdülər və buna görə, onların Giqa Bokeria ilə münaqişələri oldu və partiyayı tərk etmə ehtimalları böyük.

Gigi Uqulava və Davit Bakradze məsələ ilə bağlı şərh vermirlər və bəyan edirlər ki, cari həftənin sonunda açıqlama verəcəklər.