Mamuka Mdinaradze - Müəyyən məlumatımız var ki, yaxın günlərdə müxalifət nümayəndələri kompromis addımlarını atacaqlar
Mamuka Mdinaradze - Müəyyən məlumatımız var ki, yaxın günlərdə müxalifət nümayəndələri kompromis addımlarını atacaqlar

Müəyyən məlumatımız var ki, növbəti üç-dörd gündə müxalifət nümayəndələri kompromiss addımlarını atacaqlar, – bu haqda məlumatı “Gürcü Arzusu” fraksiysının sədri Mamuka Mdinaradze siyasi şuranın iclasından sonra verdi.

Mdinaradzenin dediyinə görə, praqmatik təkliflər onlara müzakirə üçün əsas verəcək.

“Bildiyiniz kimi, altı maddədən ibarət olan kompilasiya sənədindəki bəzi maddələrlə bağlı müzakirə aparmaq qeyri-mümkündür, ancaq müəyyən razılaşmalardan sonra, onlar haqqında da müzakirə aparıla bilər. Bunlardan biri seçki islahatıdır”, – dedi Mamuka Mdinaradze.