Mamuka Mdinaradze - Misli görünməmiş saxtakar "ISFED"in qanunilikdən danışması ayıbdır, dünyada paralel səs sayıcısının göstəriciləri saxtalaşdırdığı başqa bir hal qeydə alınmayıb
Mamuka Mdinaradze - Misli görünməmiş saxtakar "ISFED"in qanunilikdən danışması ayıbdır, dünyada paralel səs sayıcısının göstəriciləri saxtalaşdırdığı başqa bir hal qeydə alınmayıb

 
Gürcüstanda seçkilər saxtalaşdırılır-bu növbəti ayların təbliğatı olacaq, başqa PR kampaniyası dominant olmayacaq, seçkilərin legitimliyini şübhə altına almaq onların indiyə qədər məqsədi olmuşdu və indi də bu, onların məqsədidir- bu haqda “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze açıqlayıb.

Mdinaradzenin bəyanatına əsasən, məhz 2020-ci ildə seçkilərin göstəricilərini saxtalaşdıran təşkilat seçkilərə bir neçə ay qalmış seçkilərin saxtalaşdırılmasından danışır.

“Görünməmiş saxtakar “ISFED” birinci çıxır, dünyada paralel səs sayıcı təşkilatın göstəriciləri saxtalaşdırdığı başqa bir hal qeydə alınmayıb. 2020-ci ildə “ISFED” bunu etdi. Ondan daha xarab nüfuzlu təşkilat yoxdur və məsələni hərəkətləndirir. Seçkilərə bir neçə ay qalmış “ISFED”in seçkilərdən və onun qanuniliyindən danışması ayıbdır”- Mdinaradze açıqlayıb.