Mamuka Mdinaradze - Kaxa Kaladze mer vəzifəsinə alternativi olmayan namizəddir, müxalifət tərəfdarları da bu barədə danışırlar
“Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze bildirir ki, özünüidarəetmə seçkiləri üçün Tbilisi meri vəzifəsinə Kaxa Kaladzenin namizədliyinin alternativi yoxdur.
Onun sözlərinə görə, Kaxa Kaladze dörd il ərzində çox uğurlu mer olub.
“Gürcü Arzusu üçün müxalifətin özünüidarəetmə seçkiləri üçün birləşməsi və onların namizədinin ilk turdaca məğlub edilməsi zəmanəti ideal ola bilər. Kaxa Kaladze alternativi olmayan namizəddir. Sosial şəbəkələrə baxın, hətta müxalifət tərəfdarları da bu barədə danışırlar. Müxalifət bir neçə və ya bir namizəd irəli sürərsə belə, Kaxa Kaladze yenə də alternativi olmayan namizəddir. Onun alternativinin olmaması uğurlu həyatında deyil, dörd il ərzində gördüyü işlərdən qaynaqlanır – Tbilisi hər zamankından daha yaşıl bir şəhər oldu. Kaxanın töhfəsinin olduğu bir çox məsələni sadalaya bilərik ”-deyə Mamuka Mdinaradze bildirib.