Mamuka Mdinaradze - Brüsseldə yenə bir daha təkrarladılar ki, 2020-ci ilin parlament seçkiləri azad və ədalətli idi
Mamuka Mdinaradze - Brüsseldə yenə bir daha təkrarladılar ki, 2020-ci ilin parlament seçkiləri azad və ədalətli idi

“Məncə, Brüsseldə keçirilən mətbuat konfransına baxanlar Avropa ölkələrinin rəsmi mövqeyi ilə bağlı açıq mesajlar aldılar. Brüsseldə yenə bir daha təkrarladılar ki, 2020-ci ilin parlament seçkiləri kifayət qədər rəqabət-qabiliyyətli, azad və ədalətli şəkildə keçirildi”, – bu bəyanatı “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze verdi.

Mdinaradzenin dediyinə görə, iqtidar məsuliyyətdən baş qaçırdmır.

“Müxalifətə gəlincə isə, onu deyə bilərəm ki, boykot etmək müxalifət tərəfindən heç də relevant bir hərəkət deyil. Avropalı müşahidəçilər seçkiləri  qəbul etdilər. Avrokomisiyanın yüksək ranqlı nümayəndəsinə növbədənkənar seçkilərin keçiirlməsi ilə bağlı sual verilir və o da cavab verir ki, artıq keçirilən seçkiləri məqbul hesab edir. Bundan açıq nə cavab olsun”, – dedi Mamuka Mdinaradze.