Mamuka Xazaradze iqtidara müraciət edir - Yaxın gələcəkdə yeni hərəkat yaradacağıq və sizi qorxudmaq istəyirəm, çünki gənclərin böyük armiyasını yığırıq
“Yaxın gələcəkdə yeni hərəkat yaradacağıq, sizi qorxudmaq istəyirəm, gənclərin böyük armiyasına ehtiyacım var” – belə bir bəyanatı “TBC Bankın” təsisçisi Mamuka Xazaradze bugün keçirdiyi mətbuat konfransında verdi.
“Sizi qorxutmaq istəyirəm, bizə qoşulan bir çox gənclər və professionallar var, hansılar ki, sizin yaratdığınız ölkədə yaşamaq istəmirlər. Bunların arasında elə gənclr var, hansıların valideynləri son quruşuna qədər xərcləyib, xaricə təhsil almağa göndərib, ancaq onlar qayıdanda, iş tapa bilmədikləri üçün kafe0barlar açmalı oldular” – dedi Mamuka Xazaradze.
Mamuka Xazaradze qeyd etdi ki, onun yaratdığı yeni hərəkatda heç bir tanınan siyasətçi olmayacaq.
“Biz komunikasiya üçün dialoqu normal və doğru yol olduğunu hüsab edən insanlarıq, xüsusi ilə də siyasətdə dialoqlar çox önəmlidir. Hərəkatımıza sadəcə işinin professionalı olan hərkəsi, yeni simaları gözləyirik! – dedi TBC Bankın təsisçisi.