Mamuka Baxtadze - BVF 4 maddəli inkişaf planı və onun çərçivəsində biz tərəfindən təhrik olunmuş struktur islahatlarını dəstəkləyir
Mamuka Baxtadze - BVF 4 maddəli inkişaf planı və onun çərçivəsində biz tərəfindən təhrik olunmuş struktur islahatlarını dəstəkləyir

Beynəlxalq Valyuta Fondu Gürcüstan hökumətinin 4 maddəli inkişaf planı və bu plan çərçivəsində biz tərəfindən təhrik olunmuş struktur islahatlarını dəstəkləyir, –  bu barədə Maliyyə naziri Mamuka Baxtadze Beynəlxalq Valyuta Fondunun “Genişləndirilmiş Maliyyə Mexanizmi” (EFF) proqramının ikinci müzakirəsinin sona yetməsi ilə bağlı təşkil edilən brifinqdə bəyan etdi.

Nazirin qeyd etdiyinə görə, ölkənin mikroiqtisadi parametrləri yaxşılaşdırlıbdır və bu uğuru Valyuta Fondu da etiraf edir.

“Beynəlxalq Valyuta Fondu ilə birlikdə yeni, genişləndirilmiş maliyyə mexanizmi proqramına başladıqdan təxminən bir il keçdi. Proqram çərçivəsində BVF ilə birlikdə, bir sıra və kompleks islahatlarını planlaşdırmışıq. Fond 4 maddəli inkişaf planı və onun çərçivəsində biz tərəfindən təhrik olunmuş struktur islahatlarını dəstəkləyir”, – Mamuka Baxtadze bəyan etdi.

Nazir qeyd etdi ki, cəlb olunmuş sərmayələr şəklində kapital xərclərin infrastrukturda mənimsənilməsi əhəmiyyətli dərəcədə təzləşdirildi.

Onun dediyinə görə, bir ildə maliyyə kəsiri 3 faizə qədər azaldı.