Mamuka Baxtadze - bir sıravi vətəndaş kimi, dünən gördüm ki, DTX ən ağır cinayətin qarşını ala bildi və buna görə, təşəkkürümü bildirirəm
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ən ağır cinayətin qarşını ala bildi və buna görə, təşəkkürümü bildirirəm, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze DTX tərəfindən yayılan audioyazı barəsində jurnalistlərə bildirdi.
Onun dediyinə görə, Prokurorluq dəlilləri öyrənir və müvafiq münasibət bildirəcəkdir.
“Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ən ağır cinayətin qarşını ala bildi. Dünən bunu hamımız gördük. Bununla yanaşı Prokurorluq bəyanat yaydı. Bildiyiniz kimi, materiallar göndərilib və Prokurorluq dəlilləri öyrənir və təbiidir ki, müvafiq münasibət bildiriləcəkdir. Mən cavab vermək istəyirəm, bir sıravi vətəndaş kimi, dünən gördüm ki, DTX ən ağır cinayətin qarşını ala bildi və buna görə, onalara təşəkkürümü bildirirəm”, – Mamuka Baxtadze bəyan etdi.