Mamuka Baxtadze - Avropa oyunları bir daha təsdiqlədi ki, Gürcüstan çempionların vətənidir

Avropa oyunları bir daha təsdiqlədi ki, Gürcüstan çempionların vətənidir;

30 medal və medal sayı ilə beşinci yer almaq həqiqətən də unikal bir müvəffəqiyyətdir, – bu sözlərlə Gürcüstanın baş naziri Mamuka Baxtadze Avropa oyunlarında medal alan idmançılara, onları iqtidar administrasiyasında qonaq edərkən müraciət etdi.

İqtidar başçısı idmançılara, məşqçilərə və idman federasiyalarına, Mədəniyyət və İdman Nazirliyinə və Olimpik Komitəyə gürcü dəstəkçilərinin adı ilə təşəkkür etdi.

Mamuka Baxtadzenin dəyərləndirməsinə görə, professional idmanda Gürcüstanın böyük müvəffəqiyyətləri oldu və Gürcüstan iqtidarı əlindən gələni edəcək ki, ölkənin bütün gəncləri idmana cəlb olunsunlar.

Minskdə keçirilən İkinci Avropa oyunları Gürcüstan üçün tarixi nəticə ilə başa çatdı.

Gürcü idmançıları 30 medal aldılar, onlardan 6-sı qızıl, 10-u gümüş və 14-ü bürünc medaldır.