Malxaz Maçalikaşvili bəyan edir ki, DTX-nın ittihamlarına öz vəkilinin yanında cavab verəcək
Keçən il Pankisi dərəsində keçirilən xüsusi əməliyyat nəticəsində həlak olan Temirlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili Tbilisidə, Rustaveli prospektində qurduğu çadırda oturur.
Malxaz Maçalikaşvili medya vasitələrinə şərh vermir. Onun bəyanatına görə, vəkillərindən tövsiyya alıb ki, ona qarşı irəli sürülən iddihamlarla bağlı heçnə danışmasın.
Xatırladaq ki, bugün Dövlət Təhlükəsizliyi Xidməti Malxaz Maçalikaşvilinin terakt hazırladığı ilə bağlı bəyanat yaydı.
DTX tərəfindən aparılan istintaq nəticəsində məlum oldu ki, Malxaz Maçalikaşvili terakt planlaşdırırdı.
Plana əsasən, teror aktı Dedoplistskaro rayonunun Zemo-Maçxaani kəndində törədilməli idi, harda Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinin sabiq birinci müavini İoseb Qoqaşvili və qohumları atasının məzarına gedəndə qətlə yetirilməli idilər.
İstintaqın bu mərhələsində məlum oldu ki, Malxaz Maçalikaşvili qardaşı oğlu Moris Maçalikaşvilidən tələb edirdi ki, bütün digər işlərini buraxsın və İoseb Qoqaşvilinin yaşadığı yeri, hərəkət etdiyi matşrutu və həmçinin, atasının məzarına nə zaman gedəcəyini öyrənsin.
DTX-nın bəyanatına görə, işlə bağlı istintaq davam edir.