Maka Soloğaşvili - Məhdudiyyətlərin qaldırılması ilə bağlı diqqətli olmalıyıq və bugünə qədər aldığımız tövsiyyələri yerinə yetirməliyik
Məhdudiyyətlərin qaldırılması ilə bağlı diqqətli olmalıyıq və bugünə qədər Xəstəliklər Nəzarətinin Milli Mərkəzindən aldığımız bütün tövsiyyələri yerinə yetirməliyik, – bu barədə bəyanatı Boçorişvili klinikasının nəzarət şurasının sədri Maka Soloğaşvili verdi.
Maka Soloğaşvili bəyan etdi ki, payız aylarında dünya koronavirusun yeni dalğasına hazırlaşır.
“Koronavirusun halları əsasən, bağlı klasterlərdən olur. Yeni klasterimiz yoxdur. Ümid edirik ki, olmayacaq da. İki aylıq müddət ciddi bir testdir və görək, koronavirusun ilk yay fəsli nə göstərəcək. Biz yenə də, diqqətli olmalıyıq və bütün rekomendasiyaları nəzərə almağa davam etməliyik” – dedi Maka Soloğaşvili.