Maka Giorqobiani - komanda gətirib, idman etdirmək istəyirik, ancaq buz meydançamız yoxdur

Gürcüstanın Birinci Kanalının “Taim-aut” verlişinin qonağı olan, Gürcüstanın Buzda Fiqur Rəqsi Federasiyasının prezidenti Maka Giorqobiani idmanın bu növündə mövcud olan problemlər haqqında danışdı.

“Çox müvəffəqiyytəli startdan sonra sezonumuz dayandı və buna çox təəssüflənirik. Dünya çempionatında gümüş medal aldıq, ancaq digər çempionatlara gedə bilmədik, çünki koronavirus pandemiyasına görə, yollar bağlandı. Hazırda, Gürcüstanda digər ölkələrlə müqayisədə vəziyyət yaxşıdır, ancaq bu müddətdən də idman üçün istifadə edə bilmirik.

Biz xaricdən komanda gətirib, burada təhlükəsiz şəkildə idman etdirə bilərik, ancaq, buz meydançamız da yoxdur” – dedi Maka Giorqobiani.

Maka Giorqobiani onu da qeyd etdi ki, İdman Nazirliyi federasiyaya bacardığı qədər yardım etməyə çalışır.

“Nazirlik bizə komersiyal buz meydanları tapmağa yardım edir.

Hələlik idman təqvimizi dəyişmirik və komandamızı hazırlamağa çalışırıq. Növbəti idman sezonu çox önəmlidir, çünki müxtəlif lisenziyalar almalıyıq” – dedi Maka Giorqobiani.