Maka Bocorişvili - Dünən bütün dünya Gürcüstanın möcüzələrə qadir olduğunu gördü, bu, daha böyük uğurların başlanğıcıdır
Maka Bocorişvili - Dünən bütün dünya Gürcüstanın möcüzələrə qadir olduğunu gördü, bu, daha böyük uğurların başlanğıcıdır

 
Dünən Gürcüstan öz sözünü dedi, bütün dünya Gürcüstanın möcüzələrə qadir olduğunu gördü- bu haqda parlamentin Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Bocorişvili Gürcüstanın Birinci Kanalına açıqlayıb.

O, dünənki qələbənin daha böyük uğurların başlanğıcı olduğunu bildirib.

“Biz oğlanlarımıza və hər bir gürcüyə bu qədər xoşbəxtlik və bu qədər sevinc bəxş edən bütün insanlara təşəkkür etməliyik. Bu, həqiqətən ən böyük uğurdur və daha böyük uğurların başlanğıcıdır”- deyə Bocorişvili açıqlayıb.