Macarıstan Avropa İttifaqının Ermənistana hərbi yardım göstərilməsi layihəsini əngəlləyir
Macarıstan Avropa İttifaqının Ermənistana hərbi yardım göstərilməsi layihəsini əngəlləyir

 
Macarıstan Avropa İttifaqının Sülh Fondundan Ermənistana müasir hərbi yardım göstərilməsi layihəsini ləngidir. Yayılmış məlumata əsasən, məsələ ilə bağlı alyansda ilkin razılıq əldə olunub, ancaq Macarıstan Azərbaycana da analoji yardımın ayrılmasını tələb edir.

“Azadlıq” radiosunun erməni xidmətinin tanış olduğu sənəd layihəsi növbəti iki il yarım ərzində erməni hərbçiləri üçün 10 milyon avro ayrılmasını tələb edir.

Vəsait əsasən səhra xəstəxanasının və ordunun bölməsi üçün yardımçı vasitələrin yaradılmasına xərclənəcək.

Yardımın ayrılması Avropa İttifaqına üzv bütün dövlətlərin yekdil dəstəyini tələb edir. Avropa İttifaqının liderləri Budapeştin tələbini müzakirə edirlər.

Avropa İttifaqına üzv digər dövlətlərdən fərqli olaraq, Macarıstan Qarabağ münaqişəsində Azərbaycanı açıq şəkildə dəstəkləyirdi.

Viktor Orban hökuməti 2004-cü ildə Budapeştdə yatmış erməni həmkarını öldürən ordu zabitini 2012-ci ildə Azərbaycana təhvil verdikdən sonra Ermənistanın keçmiş rəhbərliyi Macarıstanla diplomatik münasibətləri dondurmuşdu. Zabit Ramil Səfərov Azərbaycana qayıtdıqdan sonra İlham Əliyev tərəfindən əfv edilib, mükafatlandırılıb və rütbəsi yüksəlib.

Ermənistanın hazırkı hökuməti diplomatik münasibətləri 2022-ci ildə bərpa etmək qərarını verib