Maia Tskitişvili - Dövlət məmurları Davit Qareci ilə bağlı suallara məsələyi siyasiləşdirmədən cavab verməlidirlər
Maia Tskitişvili - Dövlət məmurları Davit Qareci ilə bağlı suallara məsələyi siyasiləşdirmədən cavab verməlidirlər

Vitse-premyer və eyni zamanda, Regional İnkişaf və İnfrastruktur Naziri Maia Tskitişvilinin bəyanatına görə, çox vacibdir ki, dövlət məmurları Davit Qareci məsələsinin siyasiləşdirilməsindən baş qaçırdsınlar və ölkənin maraqlarına zərər verməsinlər.

Maia Tskitişvilinin dediyinə görə, prokurorluğa imkan verilməlidir ki, bu məsələnin istintaqını doğru şəkildə aparsın.

“Əlbəttə ki, sabiq prezidentin komisiyaya verdiyi tapşırıqlar və şərhlər, komisiyanın işinə mənfi təsir verirdi. Mən də Davit Qareci ilə bağlı şərh birldirmək istəmişəm ancaq ölkəmizin maraqlarına diqqət etməliyik. Ölkələr arasında Qareci ilə bağlı razılaşma olmalıdır.

Prokurorluq məsələ ilə bağlı istintaq aparır və kim lazımdırsa, hərkəsi ifadə verməyə çağıra bilər. Ona işləmək üçün imkan verməliyik” – dedi Maia Tskitişvili.