Maia Tskitişvili "Anaklia İnkişaf Konsorsiumunun" təsisçilərini layihəyi həyata keçirə bilmədiklərini etiraf etməyə çağırır
Maia Tskitişvili "Anaklia İnkişaf Konsorsiumunun" təsisçilərini layihəyi həyata keçirə bilmədiklərini etiraf etməyə çağırır

Regional İnkişaf və İnfrastruktur Naziri Maia Tskitişvilinin sözlərinə görə, Gürcüstanın ehtiyacı olduğu dəniz limanı çoxdan istismara verilməli idi.

Nazir təəssüf etdi ki, “Anaklia İnkişaf Konsorsiumunun” maliyyə problemləri yarandı və bu proses iki ildir davam edir.

“Təəssüf ki, konsorsiumun bu layihəyi həyata keçirməsi üçün yetərli qədər resursu yoxdur və bunu iki ildir görürük. Layihəyə zərər gəlməməsi üçün artıq gərəkən addımlar atılmalıdır” – dedi Nazir.

Nazirin dediyinə görə, iqtidar mütləq gərəkən plan təqdim edəcək, ancaq öncə 31 dekabr tarixini gözləməlidir, çünki “Anaklia İnkişaf Konsorsiumunun” kredit öhdəliklərinin təqdim edilməsi zamanı məhz o tarixdə başa çatır.