Maia Sandu - Borodianka və İrpendə Rusiya ordusu tərəfindən yandırılan evləri, xəstəxanaları, dükanları, uşaq bağçalarını öz gözlərimlə gördüm, Buçada kütləvi məzarlıqları gördüm, bu faciədir
Maia Sandu - Borodianka və İrpendə Rusiya ordusu tərəfindən yandırılan evləri, xəstəxanaları, dükanları, uşaq bağçalarını öz gözlərimlə gördüm, Buçada kütləvi məzarlıqları gördüm, bu faciədir

 

Moldova prezidenti Maia Sandu ukraynalı hərbçilərin Kiyev vilayətinin rus işğalçılardan azad etdiyi bir neçə şəhərini ziyarət edib.

Maia Sandu İrpen, Borodianka və Buçaya səfər edib.

“Bu gün Ukraynada prezident Volodimir Zelenskinin dəvəti ilə səfərdəyəm. Səfəri Kiyev vilayətinin dağıdılmış şəhərlərinə baş çəkməklə başladıq. Borodianka və İrpendə Rusiya ordusu tərəfindən yandırılan evləri, xəstəxanaları, dükanları, uşaq bağçalarını öz gözlərimlə gördüm. Buçada kütləvi məzarlıqları gördüm. Bu, sözlə ifadə edilməsi çox çətin olan bir faciədir. Qonşumuz və dostumuz olan Ukrayna dörd aydır ki, müharibə vəziyyətindədir. Moldova Respublikası Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü ilk gündən qınayır və beynəlxalq ictimaiyyəti sülhün bərqərar olması və münaqişədə törədilmiş əsassız cinayətlərin araşdırılması üçün mümkün olan hər şeyi etməyə çağırırıq. Biz öz və Avropanın azadlığı uğrunda mübarizə aparan cəsur Ukrayna xalqının yanındayıq. Ukraynanın gələcəyi azad dünyada, böyük Avropa ailəsindədir”-deyə Maia Sandu yazır.