Maia Bitadze - "Ağız pərdələri" aksiyasının mesajı qəbul edilmişdir
Seçki qabağı dövründə Kaxa Kaladzenin ən çox diqqət yetirdiyi məsələ, məhz “ağız pərdələri” aksiyasının formatına cavab verən bir məsələ idi,- bu barədə bəyanatı Tbilisi merinin müavini Maia Bitadze verdi.
“Birinci kanalın efirində yayımlanan “Aktual mövzu” verlişində qonaq olaraq iştirak edən Bitadze Tbilisidə havanın kirlənməsi probleminin həlli yollarından bəhs etdi.
“Bu aksiyanın mesajı qəbul edilmişdir, ancaq sadəcə aksiyanın keçirildiyinə görə deyil, ona görə ki, onsuz da Kaxa Kaladzenin seçki qabağı ən çox diqqət yetirdiyi aktual mövzu məhz elə bu askiyanın tələblərinə cavab verirdi.
“Gürcüstanda ilk dəfəf seçki qabağı ən çox diqqət yetirilən mövzu məhz havanın kirlənməsi probleminin həlli idi və buna çox sevinirəm” – dedi mer müavini.
Xatırladaq ki, havanın kirlənməsini etiraz etmək məqsədi ilə, dünən səhərdən paytaxtın bir neçə heykəlinə, ağız pərdələri taxılmışdı.