Lüksemburq hökumətini 12 yaşlı Gürcüstanlı uşağın deportasiyasına görə tənqid edirlər
Lüksemburq hökumətini 12 yaşlı Gürcüstanlı uşağın deportasiyasına görə tənqid edirlər

Lüksemburq hökumətini 12 yaşlı Gürcüstanlı uşağın deportasiyasına görə tənqid edirlər.

Lüksemburqun İmmiqrasiya naziri Jan Aselborn, 12 yaşlı Gürcüstanlı gəncin deportasiyasına əks səda verdi. Jan Aselbornun bəyanatı rəsmi veb səhifədə dərc olundu. Söhbət gürcü yeniyetməsinin və onun anasının məcburi üsul ilə vətənən qaytarılmalarından gedir, bu da sosial şəbəkələrdə Lüksemburq hökumətinin kəskin tənqidinə səbəb oldu.

Nazirin açıqlamasında deyilir ki, deportasiya oktyabrın 12-də həqiqətən baş verdi, lakin Aselbornun dediyinə görə, hökumətin başqa yolu yox idi.

Aselbornun bəyanatında deportasiya olunmuş vətəndaşların kimliyi açıqlanmır.