Luiza Vinton - Bizim əsas marağımız odur ki, Gürcüstanda müxtəlif və azad medya olsun

BMT-nin adı ilə demək istəyirəm ki, bizim əsas marağımız odur ki, Gürcüstanda müxtəlif və azad medya olsun və seçki qabağı dövründə bu xüsusi ilə əhəmiyyətlidir, – bu bəyanatı Gürcüstanda BMT İnkişaf Proqramının  daimi nümayəndəsi Luiza Vinton medya mühiti haqqında fikir bildirərkən verdi.

Onun dediyinə görə, müsbət gözləntiləri var və ümid edir ki, əhəmiyyətli siyasi hadisələr balanslı şəkildə işıqlandırılacaq.

“Gözləntilərimiz müsbətdir, inanırıq ki, medya landşaftındaki müsbət dəyişikliklər vacib siyasi  hadisələrin balanslaşdırılmış, şəffaf və müxləlif şəkildə işıqlandırılmasına yol açacaq” – dedi Luiza Vinton.