Londonda Fələstinlilərə dəstək aksiyası keçirilir
Londonda Fələstinlilərə dəstək aksiyası keçirilir

Londonda Fələstinlilərə dəstək aksiyası keçirilir. Məlumatı “BBC” yayır.

Nümayişdə bir neçə min insan iştirak edir. Əllərində Fələstin bayraqları və üzərində “Fələstinə azadlıq, işğal cinayətdir” sözləri yazılmış plakatlar var.

Mitinqdən əvvəl London polisi xəbərdarlıq edib ki, “HƏMAS” tərəfdarları aşkar olunarsa, onları həbs etməyə başlayacaqlar.