Lloyd Ostinin sözlərinə görə, ABŞ separatçı Dnestryanı bölgəsində son zamanlar baş vermiş zorakılıqların səbəbini araşdırır
Birləşmiş Ştatlar Rusiya tərəfindən dəstəklənən separatçı Dnestryanı bölgəsində son zamanlar baş vermiş zorakılıqların səbəbini araşdırır.
Bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.
Məlumatı “Reuters” yayır.
“Moldovada son zamanlar baş vermiş zorakılıqlarla bağlı məlumatlara gəlincə, biz hələ də bunun səbəblərini araşdırırıq, hələ də təhlil aparılır. Həqiqətən bütün bunların nə olduğunu bilmirəm, lakin bu diqqətimizi yönəltdiyimiz şeydir” -deyə Ostin bildirib.